Ramil Şeydayev "Trabzonspor"a qələbə qazandırıb

Türkiyənin "Trabzonspor" klubu yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Lokomotiva” klubu ilə qarşılaşıb.

Oyun Super Liqa təmislçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

R.Şeydayev də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 67-ci dəqiqəsində meydana buraxılıb. Yeganə qolu da 75-ci dəqiqədə məhz Şeydayev vurub. O, rəqib müdafiəçinin geriyə ötürməsi zamanı qapıçının səhvindən maksimum yararlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə