Zidan “Yuventus”da çalışacaq

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan fəaliyyətini “Yuventus”da davam etdirəcək. SİA-nın məlumatına görə, fransız mütəxəssis Turin klubunun idarəçiliyində yer alacaq. Belə ki, Zidan “Yuventus”un direktoru Fabio Paratiçinin məsləhətçisi olacaq.

Qeyd edək ki, mövsümün sonunda “Real”dan ayrılan Zidan futbolçu kimi “Qoca Sinyora”nın şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə