“Liverpul" braziliyalı qolkiperi transfer edəcək?

“Roma”nın qapıçısı Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. İtaliya mətbuatının yazdığına görə, braziliyalı qolkiper “Liverpul”a keçməyə yaxındır. “Mersisaydlılar”ın 26 yaşlı qapıçı üçün “Roma”ya 70 milyon avro təklif etdiyi iddia olunur. Alissonun da İngiltərədə oynamağa yaxşı baxdığı bildirilir.

Qeyd edək ki, Braziliya millisinin əsas qapıçısı 2016-cı ildən “Roma”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə