Beyl karyerası ilə bağlı qərarını verib

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl gələcək karyerası ilə bağlı qərar verib. SİA-nın məlumatına görə, yeni baş məşqçi Xulen Lopetegi ilə görüşən futbolçu komandada qalacaq. Lopetegi Ronaldonun "Yuventus"a keçməsindən sonra Beylin komandanın aparıcı üzvlərindən biri olacağını deyib. Daha öncə uelsli futbolçu oyun praktikası cəhətdən əziyyət çəkdiyi üçün "Real"ı tərk etmək niyyətində idi. Lopeteginin fikirləri ilə tanış olduqdan sonra isə Beyl qərarını dəyişib.

Qeyd edək ki, "Mançester Yunayted" 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə