Bolt Avstraliya klubunda baxışda olacaq

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Avstraliyada futbolçu karyerasına başlaya bilər. SİA-nın məlumatına görə, 32 yaşlı yamaykalı sprinter 6 həftəlik baxış üçün Avstraliyanın yüksək dəstəsində çıxış edən "Central Coast Mariners" komandasının düşərgəsinə yollanacaq.

Məşqlərdə özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, Boltla bir mövsümlük müqavilə bağlanılacaq. 2017-ci il dünya çempionatından sonra sprinter karyerasını başa vuran Bolt daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund) və Norveçin "Stromsqodset" klublarının məşqlərinə qatılıb. O, skandinaviyalıların gənclər komandasının heyətində bir yoxlama matçında da iştirak edib. Yamaykalı atletin bir müddət öncə Cənubi Afrika Respublikasının "Mamelodi Sundovns" klubu ilə müqavilə bağladığı da bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə