"Neftçi” "Uypeşt”lə cavab matçının hazırlığını davam etdirir

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib "Neftçi” PFK cavab matçının hazırlığını gündə bir məşqlə davam etdirir. SİA-nın məlumatına görə, paytaxt klubu dünən bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq bu gün də bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Uypeşt” - "Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə