“Yuventus” bu futbolçuya görə 50 milyon avro tələb edir

“Yuventus”un müdafiəçisi Aleks Sandro karyerasını Fransada davam etdirə bilər. “Football Italia” nəşri yazır ki, PSJ braziliyalını heyətinə qatmaqda qərarlıdı. Paris klubu Aleks Sandroya 40 milyon avro təklif edib. Ancaq “Yuventus” 50 milyon avrodan aşağı qiymətə oyunçu ilə yollarını ayırmağa razı deyil.

Qeyd edək ki, Aleks Sandro artıq PSJ ilə müqavilənin şəxsi detallarını razılaşdırıb. Keçid baş tutacağı təqdirdə, o, ilinə 4,5 milyon avro qazanacaq. 27 yaşlı yarımmüdafiəçi hazırda “Yuventus”da 1,7 milyon avro məvacib alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB