Alfons Areola Fransa millisinin tarixinə düşüb

Futbol üzrə Fransa millisinin üzvü Alfons Areola yığmanın tarixinə düşüb. Qol.az-ın xəbərinə görə, 25 yaşlı qapıçı millidə debüt etmədən çempionluq sevinci yaşayan ilk fransız futbolçu olub.
Rusiyada keçirilən dünya çempionatında baş məşqçi Didye Deşam PSJ-nin qolkiperinə şans verməyib. Qeyd edək ki, Fransa yığmasının qapısını bütün oyunlarda “Tottenhem”in qolkiperi Uqo Loris qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə