Pol Poqba "Barselona"ya transfer oluna bilər

Fransa millisinin heyətində dünya çempionu olan "Mançester Yunayted"in futbolçusu Pol Poqba üçün sürpriz iddia ortaya atılıb. SİA-nın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçinin agenti Mino Rayola ulduz futbolçunu "Barselona"ya təklif edib. Bu barədə "Mundo Deportivo" nəşri xəbər tirajlayıb. Transferlərdə ancaq öz cibini düşünən Rayola Kataloniya klubnun rəhbərliyi ilə bir araya gəlib. Rayola "Mançester Yunayted"də baş məşqçi Joze Mourinyo ilə problemləri iddia olunan futbolçunun "Barselona"ya transferində müsbət nəticə əldə etməsə, "Yuventus"la danışıqlar aparacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı 2016-cı ildə 105 milyon avroya "Yuventus"dan transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə