Rusiya DÇ-nin təşkilatçılıq haqqını Qətərə ötürüb

2018-ci il futbol üzrə dünya çempionatının ev sahibi Rusiya təşkilatçılıq haqqını Qətərə təhvil verib. SİA-nın məlumatına görə, bununla bağlı ölkə prezidentinin Kremlindəki iqamətgahında keçirilən mərasimdə FİFA prezidenti Canni İnfantino, Qətər əmiri Şeyx Temmim bin Hamad el Sani və Rusiya prezidenti Vladimir Putin iştirak edib. Təşkilatçılıq hüququnu təmsil edən futbol topunu Putin İnfantinoya təhvil verib. İnfantino isə bu topu Şeyx Temmim bin Hamad el Saniyə təqdim edib.

Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə