Karambö, Karlos, Xedira, indi də Varan

Rafael Varan Fransa millisinin heyətində DÇ-2018-in qalibi olub. SİA-nın məlumatına görə, Varan eyni ildə həm Çempionlar Liqasını qazanan, həm d dünya çempionu olan sayca dördüncü futbolçudur.

Varana qədər bu uğura Kristian Karambö, Roberto Karlos və Sami Xedira imza atıblar. Maraqlıdır ki, 4 futbolçunun hamısı ÇL-i “Real”ın heyətində qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə