Bakıda beynəlxalq turnirin finalçıları müəyyənləşib

Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, turnirin yarımfinal mərhələsində Braziliya millisi Hollandiyanı, Avstriya yığması isə İranı 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, bürünc medal uğrunda görüşdə Hollandiya və İran yığmaları, həlledici qarşılaşmada isə Braziliya və Avstriya komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan komandası turniri beşinci pillədə başa vurub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə