Braziliyalı turist: "Bakının gözəlliyi məni özünə cəlb etdi" - AÇIQLAMA

"İlk dəfədir Azərbaycana gəlmişəm. Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirdə iştirak edən Braziliya komandasına dəstək olmaq üçün bura səfər etmişəm. Bakının gözəlliyi məni özünə cəlb etdi". Bunu SİA-ya açıqlamasında braziliyalı qonaq Diana Aquinyo deyib.

Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin yüksək səviyyədə təşkil edildiyini bildirən braziliyalı turist yarışdan böyük zövq aldığını qeyd edib: "Bakı turnirində təbii ki, Braziliya komandasına azarkeşlik edirəm. Braziliya futvolleyçiləri bu növ üzrə dünyanın ən güclüləri sayılırlar. Yarışda güclü komandalar iştirak etdiyinə görə burada əsl idman mübarizəsi izləyirik".

Qeyd edək ki, Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirdə bu gün qalib komandalar müəyyənləşəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə