Braziliyalı futvolleyçi: “Bakı turnirinə dəvət alanda məmnuniyyətlə qəbul etdim” - AÇIQLAMA

“Azərbaycanda olmaqdan məmnunam. Bakı turnirinə dəvət alanda məmnuniyyətlə qəbul etdim”. Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən futvolley üzrə beynəlxalq açıq turnirdə iştirak edən, dünyanın ən güclü futvolleyçisi sayılan, braziliyalı idmançı Anderson Aquinyo deyib.

O, Azərbaycanın futvolley komandası haqqında fikirlərini bildirib: “Azərbaycan komandasının oyununu ilk dəfə gördüm. Yaxşı komandanız var. Belə beynəlxalq yarışlarda mübarizə apramaq komandanıza böyük təcrübə qazandırır. Azərbaycan komandasının böyük uğurlara imza atacağına inanıram”.

İdmançı Bakıda beynəlxalq turnirin yüksək səviyyədə təşkil edildiyini, yarışın baş tutması üçün bütün lazımi işlərin peşəkarlıqla həyata keçirildiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda futvolley üzrə açıq beynəlxlq turnirə start verilib. İki gün davam edəcək yarışda dünyanın 8 ölkəsinin komandası mübarizə aparır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə