Hollandiyalı idmançı: “Bakı möhtəşəm gözəlliyə sahibdir” - AÇIQLAMA

“Mən ikinci dəfədir Azərbaycandayam. Ötən il də bura səfər etmişdim. Ölkəniz çox xoşuma gəlir. Azərbaycana böyük məmnuniyyətlə gəlirəm. Bakı möhtəşəm gözəlliyə sahibdir. Burada keçirilən futvolley üzrə beynəlxalq turnirin təşkilatçılığı yüksək səviyyədədir”. Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən futvolley üzrə beynəlxalq açıq turnirdə iştirak edən hollandiyalı idmançı Kasper Şilebuniç deyib.

O, yarışda şərəfini qoruduğu Braziliya komandasının şanslarını dəyərləndirib: “Bu yarışda iştirak edən bütün komandalara hörmətlə yanaşırıq. Ancaq mən Braziliya komandasını finalda görürəm. Özüm hollandiyalı olsam da, Braziliyanın uğurları üçün oynayıram. Mənim komanda yoldaşım isə dünya çempionu Anderson Aquinyodur. Bizimlə bərabər finalda Avstriya və ya Hollandiya komandalarını görürəm”.

Qeyd edək ki, bu gün Bakıda futvolley üzrə açıq beynəlxlq turnirə start verilib. İki gün davam edəcək yarışda dünyanın 8 ölkəsinin komandası mübarizə aparır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə