Bakıda futvolley üzrə açıq beynəlxalq turnirə start verilib - FOTOLAR

Bakıda futvolley üzrə açıq beynəlxalq turnirə start verilib. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya komandaları birincilik uğrunda mübarizə aparırlar.

Azərbaycan komandası Hollandiya, Avstriya və Pakistan milliləri ilə birgə “B” qrupunda mübarizə aparır. Portuqaliya, Braziliya, İran və Rusiya kollektivləri “A” qrupunda yer alıblar.

Turnirin ümumi mükafat fondu 6 min manatdır.

İyulun 15-də yekun vurulacaq turnirin qaliblərinə medal, diplom və pul mükafatları təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə