“Səbail” Türkiyə klubuna uduzub

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” ilk yoxlama oyununa çıxıb. SİA-nın məlumatına görə, Bakı klubu “Gənclərbirliyi” ilə qarşılaşıb. Ötən mövsüm Superliqanı tərk edən “Gənclərbirliyi” "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Səbail”in Türkiyədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...