“Keşlə” “Baltsan”a məğlub olub

“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, Yuri Maksimovun komandası səfərdə Malta “Baltsam”ının qonağı olub.
Bu, paytaxt təmsilçisinin “Keşlə” adı altında ilk avrokubok matçı idi. Eyni zamanda baş məşqçi Yuri Maksimov da “Keşlə” ilə avrokubok oyununda debüt edib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Maltada keçiriləcək.

12 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan) - 4:1
Qollar:
Alfred Effiong, 12 (1:0), Lecao, 21 (2:0), Meza Kolli, 29 (2:1), Nenad Slyiviç, 34 (3:1), Kadu, 56 (4:1)
Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)
Ta Qali. "Sentenari" stadion

Bütün xəbərlər Facebook səhifəmizdə