“Qarabağ” - “Olimpiya” matçının hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Olimpiya” oyununa hakim təyinatı açıqlanıb. SİA-nın məlumatına görə, saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Erez Papir

Baş hakimin köməkçiləri: David Elias Bitton, Eliyahu Casapu

Dördüncü hakim: David Fuxman

(Hakimlər briqadası İsraildəndir)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Jareci (Albaniya)

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə