Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib

Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, Adam Navalka ilə yolların ayrılmasından sonra boş qalmış baş məşqçi vəzifəsinə yığmanın sabiq oyunçusu Eji Brjeçek təyin edilib. 47 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, E.Brjeçek Polşa millisində 42 oyunda 4 qol vurub.

Xatırladaq ki, Polşanın DÇ-2018-də qrupda qalmasından sonra federasiya A.Navalka ilə iyunun sonu başa çatan müqavilənin müddətini uzatmamağa qərar vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə