2019-cu il F1 mərhələlərinin təqvimi açıqlanıb

2019-cu il Formula1 mövsümünün 8 mərhələsinin tarixləri məlum olub. SİA-nın məlumatına görə, mövsümün ilk 7 yürüşünün və çempionatın sonuncu mərhələsinin tarixləri açıqlanıb.

Təqvimin qalan hissəsi Mayami Qran- Prisinin baş tutub-tutmayacağından asılı olacaq. Çünki Mayami ilə “Liberty Media” şirkəti arasında kontrakt bağlanması məsələsində bəzi çətinliklər yaranıb.

Çempionatın startı martın 17-nə təyin edilib, sonuncu mərhələ isə dekabrın 1-də Əbu-Dabidə keçiriləcək.

2019-cu il mövsümü üçün Formula1 mərhələlərinin təqvimi:

17 mart – Avstraliya Qran-Prisi

31 mart – Bəhreyn Qran- Prisi

14 aprel – Çin Qran -Prisi

28 aprel – Azərbaycan Qran- Prisi

12 may – İspaniya Qran- Prisi

26 may – Monako Qran-Prisi

9 iyun – Kanada Qran- Prisi

1 dekabr – Əbu-Dabi Qran- Prisi.

Bütün xəbərlər Facebook səhifəmizdə