"Neftçi” bu gün “Uypeşt”lə qarşılaşacaq

"Neftçi” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi Bakıda Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşacaq.

Saat 21:00-da başlayacaq qarşılaşma yeni baş məşqçisi Roberto Bordinin “Neftçi”də ilk rəsmi oyunu olacaq.

Xatırladaq ki, “Neftçi” rəqini keçsə, 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə
qarşılaşacaq.

12 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan)
Hakimlər:
Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Bakı. “Dalğa Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...