Kolumbiya millisi polyakları qrupda saxladı!

Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on birinci gününün sonuncu görüşündə “H” qrupunda yer alan Polşa və Kolumbiya milliləri qarşılaşıblar. “Kazan Arena” stadionunda keçirilən oyunda ilk dəqiqələrdən hər iki komanda hüçüma atılıb. Buna baxmayaraq hesab ilk hissənin sonunda açılıb. Quitero və Xames Rodriqezin qurduğu birgə kombinasiyanı Erri Mina dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra 70-ci və 75-ci dəqiqədə Radamel Falkao və Juan Quadradi fərqlənərək oyunda son nöqtəni qoyublar. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, Kolumbiya millisi vacib 3 xalı aktivinə yaza bilib, Polşa yığması isə səkkizdəbir final mərhələsinə çıxmaq şansın itirib.

Xatırladaq ki, dünya çempionatının ilk turunda polşalılar Seneqal yığmasına məğlub olublar (2:1). Kolumbiya isə eyni hesabla Yaponiya millisinə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə