Meksika millisi pley-off mərhələsinə adlayıb

Futbol üzrə XXI dünya çempionatının daha bir səkkizdəbir finalçısı məlum olub. Bu, Meksika millisidir. SİA xəbər verir ki, “G” qrupunda yer alan Meksika komandası Cənubi Koreya millisinə 2:1 hesabı ilə qalib gələrək adını pley-offa yazdırıb.

Xatırladaq ki, Meksika futbolçuları qrup çərçivəsində keçirdikləri ilk oyunda sonuncu dünya çempionu Almaniya millisini məğlubiyyətə uğratmışdılar (1:0). Beləliklə, ikinci oyundan sonra hesabına 6 xal yazdıran Meksika millisi rəqibləri üçün əlçatmaz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə