Adı “Qarabağ”ın da transfer siyahısında olan Zimbabve millisinin futbolçusu Xama Billiat karyerasını Avropada deyil, Cənubi Afrikada davam etdirəcək. 27 yaşlı hücumçu “Kayzer Çifs” klubu ilə iki illik müqavilə bağlayıb. Bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Billiatın Cənubi Afrika klubunu seçməsi gözlənilməz olub. Buna qədər onun karyerasını Avropada davam etdirəcəyi ehtimal edilirdi. Xatırladaq ki, Billiat 2013-cü ildən Cənubi Afrika Respublikasının başqa klubu - "Mamelodi"də oynayırdı. "Kayzer Çifs" bu komandanın əsas rəqiblərindən sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə