Eydur Qudyonsenin oğlanları "Real"da çıxış edəcək

Sabiq futbolçu Eydur Qudyonsenin oğlu - "Espanyol"un futbolçusu Andri karyerasını “Real”da davam etdirəcək. “Marca” nəşri yazır ki, o, Madrid klubunun aşağı yaş qrupunda – “juvenil”də çıxış edəcək. Qudyonsenin digər oğlu – 12 yaşlı Daniel isə “Real” nəzdində “infantil B”də forma geyəcək.

Andri və Daniel daha öncə “Barselona”nın akademiyasında futbol oynayıblar. Qeyd edək ki, Eydur Qudyonsen 2006-2009-cu illər aralığında “Barselona”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə