Aykut Kocamanla yollarını ayıran “Fənərbaxça” rəhbərliyi yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. İstanbul klubunun məlumatına görə, “sarı-lacivərdlilər” PSV-nin çalışdırıcısı Filip Koku ilə danışıqları müsbət yekunlaşdırıb. İstanbul təmsilçisi 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Koku bildirib ki, “Fənərbaxça”ya gəlməsində klubun gələcək planları rol oynayıb: “Belə önəmli komandanın bir hissəsi olmaqdan qürur duyuram. Futbolçularla çalışmağı və “Şükrü Saracoğlu” stadionunda azarkeşlərimizin önündə komandamızın liderlik etməsini 4 gözlə gözləyirəm”.

“Fənərbaxça”nın prezidenti Ali Koç da Koku ilə anlaşmanı yüksək qiymətləndirib. O, hollandiyalı mütəxəssisin klub və türk futbolu üçün faydalı olacağına əminlik ifadə edib. Qeyd edək ki, son 4 mövsümdə PSV-ni 3 dəfə ölkə çempion edən Koku Eyndhoven təmsilçisi ilə 1 illik müqaviləsini qarşılıqlı şəkildə pozaraq, Türkiyə klubuna gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə