“Bavariya” Boatenqə 60 milyon avro qiymət qoydu

“Bavariya”nın müdafiəçisi Jerom Boatenq mövsümlərarası fasilədə komandadan ayrıla bilər. Nüfuzlu “Bild” nəşri yazır ki, Münhen klubu 50-60 milyon avro qarşılığında alman futbolçu ilə yollarını ayırmağa hazırdır.

“Bavariya” aşağı məbləğ qarşılığında Boatenqin komandadan ayrılmasının əleyhinədi. Əgər minimum 50 milyon avro təklif olmasa, 29 yaşlı müdafiəçinin müqaviləsi uzadıla bilər. Daha öncə “Yuventus”un Boatenqlə yaxından maraqlandığı barədə xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...