Braziliya millisinin hücumçusu Neymar zədəsini sağaldıb. Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçu bu gün komanda ilə birlikdə məşqə çıxıb.Onun qrup mərhələsinin 2-ci turunda Kosta-Rika ilə oyunda meydana çıxacağı bildirilib.

Qeyd edək ki, Braziliya - Kosta-Rika matçı iyunun 22-də keçiriləcək və Bakı vaxtı ilə 16:00-da başlayacaq. 5 qat dünya çempionları qrupdakı ilk oyunda İsveçrə ilə heç-heçə etmişdilər - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...