Salah Rusiyaya məğlubiyyətdən danışdı

Misir millisinin hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda Rusiyaya 1:3 hesabı ilə uduzduqları oyundan danışıb. Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçu matçı pis keçirmədiklərini bildirib. O, yalnız ilk 2 qolu buraxdıqları epizodlarda səhvə yol verdiklərini söyləyib: “Biz yalnız qolları buraxdığımız 12 dəqiqə ərzində səhvlərə yol verdik. Sonradan isə mümkün olan hər şeyi etdik, qol vurduq və sona kimi mübarizə apardıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...