Nikola Kaliniç milli komandadan uzaqlaşdırıldı

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığma komandanın hücumçusu Nikola Kaliniçi heyətdən kənarlaşdırıb. SİA-nın FİFA-nın saytına istinadən verdiyi məlumata görə, buna səbəb N.Kaliniçin dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə matçdakı davranışı olub. Qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış baş məşqçi futbolçunu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, "Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

Baş məşqçinin futbolçunu cəzalandıraraq heyətdən uzaqlaşdırmasından sonra N.Kaliniç artıq Rusiyanı tərk edərək ölkəsinə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə