"Futbolçu kimi Lioneli Kriştianudan güclü sayıram"

“Lionel Messi Kriştianu Ronaldonun İspaniyaya 3 qol vurmasından sonra təzyiq hiss edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri italiyalı mütəxəssis Fabio Kapello deyib.

Karyerası ərzində bir sıra uğurlara imza atan apenninli DÇ-2018-in startını dəyərləndirib: “Ronaldo nə isə möhtəşəm bir şey ortaya qoymaq istəyirdi. Axı bunadək dünya çempionatlarında çox qol vurmayıb. Argentina millisinin yarımmüdafiəsi İslandiya ilə görüşdə gülünc vəziyyətdə idi. Çox ləng davranır, daim mərkəzlə keçib, topu Messiyə ötürmək istəyirdilər. Futbolçu kimi Lioneli Kriştianudan güclü sayıram. Lakin ona yığmadakı komanda yoldaşları kömək etmirdilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə