Alan Dzaqoyev Misirlə görüşü buraxacaq

Rusiya millisinin futbolçusu Alan Dzaqoyev DÇ-2018-in növbəti oyununu buraxacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı ilə ilk turun görüşündə (5:0) zədələnməsidi. Alanın durumuna tam aydınlıq gəlməsə də, onun bərpa üçün ən azı 10 günə ehtiyacı olduğu bildirilir. Bu üzdən komanda rəhbərliyi futbolçunu Misirlə görüşə aparmamağa üstünlük verib. Dzaqoyev Sankt-Peterburqdakı matça getməyib, Moskvada qalaraq müalicəsi ilə məşğul olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə