Misirli qapıçıdan jest: mükafatdan imtina etdi!

Misir millisinin qapıçısı Mohammed El Şanavi qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, qolkiper DÇ-2018-in Uruqvayla oyununun ən yaxşısı mükafatından imtina edib.

Qapıçı komandasının 0:1 hesabı ilə uduzduğu görüşdə fərqləndirilsə də, mükafatı götürməməyə üstünlük verib. Buna onun dini baxışları səbəb olub. Mükafatın sponsoru spirtli içki istehsalçısı olduğundan misirli qapıçı bu qəniməti qəbul etməyib. Qeyd edək ki, qolkiper Uruqvayla oyunda 90 dəqiqə meydanda olub və 4 seyvə imza atıb

Bütün xəbərlər Facebook səhifəmizdə