Fransız klubu UEFA-nın hədəfində!

“Marsel” klubu UEFA tərəfindən cəzalandırıla bilər. Fransa mətbuatı yazır ki, buna səbəb 4 il əvvəl Matyu Valbuenanın transferi zamanı futbolçunun menecerinə ödənişin edilməməsidi.

Belə ki, 2014-cü ildə Valbuena Moskva “Dinamo”suna keçərkən onun agenti Kristof Hutteuya çatmalı olan 568 min 800 avro hələ də verilməyib. Bu səbəbdən Hutteu “Marsel”i məhkəməyə verib. Artıq klubdan pulun ödənilməsi tələb edilib. Lakin məhkəmənin qərarı ilə razılaşmayan Fransa təmsilçisi də qarşı tərəfdən şikayət edib. Məsələyə artıq UEFA da qarışıb. Əgər menecerin haqlı olduğu üzə çıxsa, qitə futbol qurumu “Marsel”i cəzalandıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...