"DÇ-2018": Nigeriyalı azarkeşlər stadiona toyuqla gəlməyə icazə ala bilməyiblər

Futbol üzrə Nigeriya yığmasının azarkeşləri öz komandalarının matçına diri toyuqlarla gəlmək üçün Kalininqrad vilayətinin hakimiyyət orqanlarından icazə istəyiblər. SİA-nın məlumatına görə, regionun mədəniyyət və turizm naziri Andrey Yermak deyib: “Dünya çempionatının informasiya mərkəzinə müxtəlif məsələlərlə bağlı çoxsaylı suallar daxil olur. Məsələn, Nigeriyadan olan azarkeşlər stadiona toyuqla gəlmək istəyiblər. Toyuq onların simvoludur. Nigeriyalılar bütün matçlarda toyuqla azarkeşlik edirlər. Biz onlara dedik ki, stadiona diri toyuqla keçmək qətiyyən olmaz. Əlbəttə, onlara toyuğu haradan almağı məsləhət görə bilərik. Biz ən ekssentrik tələbləri təmin etməyə hazırıq”.

Dünya çempionatı çərçivəsində Kalininqradda dörd matç oynanılacaq: iyunun 16-da Nigeriya-Xorvatiya, iyunun 22-də Serbiya-İsveçrə, iyunun 25-də İspaniya-Mərakeş və iyunun 28-də İngiltərə-Belçika matçları keçiriləcək. Kalininqrad stadionu 35 min tamaşaçı üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə