UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycana gələcək

MMA döyüşçüsü, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov bu həftə paytaxtımızda qonaq olacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən SİA-ya bildiriblər ki, iyunun 18-də rusiyalı idmançı Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Bakı İdman Sarayında idmançılar və onun pərəstişkarları ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, H.Nurməhəmmədov növbəti döyüşündə məşhur irlandiyalı UFC döyüşçüsü Konor Makqreqorilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə