UEFA “Qalatasaray”ın cəzasını açıqlayıb

UEFA-nın “Qalatasaray”a kəsdiyi cəza bəlli olub. Qurumun rəsmi saytında yer alan məlumata görə, Superliqa çempionu qitə futbol qurumu ilə müqavilə imzalayıb. 4 il üçün nəzərdə tutulan həmin müqavilənin detalları da açıqlanıb. Belə ki, tərəflər arasında razılığa əsasən, Türkiyə klubu qarşıdakı 4 ildə 4 tələbə əməl etməyi boynuna götürüb.

1. Qarşıdakı 4 mövsüm klub Çempionlar Liqası və Avropa Liqasında iştirak edəcəyi halda qrup mərhələsi üçün iştirak ərizəsinə 25 yox, 21 futbolçu salınacaq. Şərtlər yerinə yetirilsə, bu say mövsümdə bir oyunçu olaraq artırıla bilər.

2. Klub 2016-cı ildə maliyyə feyr-pley qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimələnəcək. Bunun 6 milyonu ilk olaraq ödəniləcəksə, qalan pulun ödənilməsi şərtlərə əməl olunmasına görə dəyişəcək.

3. Klubun ziyanı ilk ildə 20, ikinci ildə 10 milyon avroya düşürüləcəksə, “cim-bom” üçüncü ili zərərsiz tamamlamalıdır.

4. Yalnız satdığı oyunçu sayı qədər yeni transferlər edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...