İnfantino gələn il yenidən FİFA prezidenti seçilmək istəyir

FİFA prezidenti Canni İnfantino postunda daha uzun müddət qalmaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu futbol funksioneri özü deyib.

O bildirib ki, gələn il keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürəcək. Ali futbol qurumunun növbəti rəhbəri gələn il iyunun 5-də Parisdə təşkil olunacaq seçkilərdə müəyyənləşəcək. Qeyd edək ki, 2016-cı ilin fevralından bəri dünya futboluna rəhbərlik edən 48 yaşlı İnfantino buna qədər 2007-ci ildən UEFA-da çalışıb, 2009-cu ildə qitə futbol qurumunun baş katibi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...