Lopeteqinin qovulması “Real”ı təzminatdan xilas etdi

“Real” yeni baş məşqçisi Xulen Lopeteqiyə görə İspaniya Futbol Federasiyasına təzminat ödəməyəcək. Qol.az-ın xəbərinə görə, bu barədə “AS” nəşri məlumat yayıb. İddiaya görə, 51 yaşlı mütəxəssisin millidən istefaya göndərilməsi “kral klubu”nu 2 milyonluq təzminatdan xilas edib. Qeyd edək ki, bu gün yığmadan qovulan Lopeteqini “Real”ın sabiq futbolçusu Fernando Yerro əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...