“DÇ-2018”də stadionlara vuvuzelanın keçirilməsi qadağan olunub

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi rəsmi internet saytında oyunlara gətirilməsi qadağan olunan əşyaları açıqlayıb. SİA-nın məlumatına görə, “DÇ-2018”in matçlarına azarkeşlərə odlu silahlar, şüşə qablar, yüksək dalğalı ratsiyalar, kommunikasiya cihazları, yandırıcı və partlayıcı alətlər, reseptsiz dərmanlar, şprislər, spirtli içilər, yeməklər, velosipedlər, skeytbordlar, konkilər, televizorlar, 2x1,5 ölçülərdən böyük bayraqlar, musiqi alətləri, rulon kağızlar, 25 sm-dən böyük çətirlər və çərpələnglərin gətirilməsi qadağan olunub.

Maraqlıdır ki, futbol matçlarında azarkeşlərin daha çox istifadə etdikləri vuvuzelanın da dünya çempionatında stadiona keçirilməsinə icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə