Meksika millisinin heyətində dəyişiklik edilib

Dünya çempionatında iştirak edəcək Meksika millisinin heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, Dieqo Reyes dizaltı vətəri zədələndiyi üçün heyətdən çıxarılıb. "Portu”nun 26 yaşlı müdafiəçisini Meksikann "Paçuka” klubunun yarımmüdafiəçisi Erik Qutyerres əvəzləyib.

Qeyd edək ki, mudialın oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Meksika millisi iyunun 17-də Moskvada Almaniya, iyunun 23-də Rostov-Donda Cənubi Koreya, iyunun 27-də isə Yekaterinburqda İsveçlə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə