Məhəmməd Salah Ronaldu və Messi barədə danışdı

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah dünyanın ən yaxşı futbolçuları ilə müqayisə olunması barədə danışıb. "Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının final oyunu ilə bağlı da fikirlərini bölüşüb. Misirli oyunçu rəqəmlərə müsbət yanaşdığını bildirib: "Hamı Lionel Messi və Kriştianu Ronaldu haqda danışır. Çünki onlar 13-15 ildir bu səviyyədə oynayırlar. Fəxr edirəm ki, məni onlarla müqayisə edirlər".

M. Salah final oyununun Ronaldu ilə onun qarşıdurması olmayacağını söyləyib. Misirli futbolçu hər kəsin ondan qürur duymasını istədiyini deyib: "Hər kəsi bu şəhərdə, Misirdə və bütün dünyada xoşbəxt görmək istəyirəm. Yalnız oyun haqqında düşünməli və öz işimi yerinə yetirməliyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə