“Mançester Yunayted” “Şaxtyor”un futbolçusunu transfer edəcək

Ukraynanın “Şaxtyor” klubunun və Braziliya millisinin yarımmüdafiəçisi Fred “Mançester Yunayted” klubu ilə razılığa gəlib. SİA-nın məlumatına görə, hər iki klubun rəhbərliyi arasında görüş keçirilib.

Donetsk təmsilçisi braziliyalını 50 milyon avroya dəyərləndirib və İngiltərə klubu şərtlərlə razılaşıb. Beləliklə, Fred gələn mövsüm “Mançester Yunayted” klubunun şərəfini qoruyacaq.

Futbolçu Ukrayna Premyer Liqasının son mövsümündə 26 oyunda üç qol vurub, beş məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə