"Səbail" iki futbolçusu ilə yollarını ayırıb

"Səbail" iki futbolçusu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, Faruk Miya və Yevgeni Koçukun icarə müqaviləsinin müddəti başa çatdığı üçün öz komandalarına qayıdıblar.

Xatırladaq ki, Faruk Miya Premyer Liqanın 12 oyununda “Səbail”də oynayaraq iki qol vurub və iki qol ötürməsinə imza atıb. Yevgeni Koçuk isə bu mövsümün 12 oyununda iştirak edərək, vurduğu iki qol və verdiyi qol ötürməsi ilə fərqlənib, eləcə də Yevgeni komanda yoldaşlarının və məşqçi heyətinin rəyinə əsasən "Mövsümün ən yaxşı oyunçusu" seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə