"Neftçi" Respublika gününə həsr olunmuş turnirə qələbə ilə başladı

"Neftçi” PFK-nın U-15 komandası "Vətən” RİOEUG futbol məktəbinin təşkilatçiliği ilə 2003-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən Respublika gününə həsr olunmuş turnirə qələbə ilə başlayıb. SİA-nın məlumatına görə, "Neftçi" "Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisinin qollarına Ağadadaş Salyanski, Kənan Tağızadə və Bahadur Quliyev imza atıblar.

Qeyd edək ki, A qrupunda mübarizə aparan "Neftçi” mayın 25-də "Vətən”, 27-də isə "Neftçi” İK İB ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə