"Səbail" mövsümün ən yaxşı futbolçularını mükafatlandırıb - FOTOLAR

“Səbail” futbol klubunda mövsümün başa çatmasına həsr olunmuş gecədə klub nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. SİA xəbər verir ki, debütantın sosial şəbəkələrində keçirilən səsvermənin yekunlarına görə, azarkeşlərin rəyinə əsasən ən yaxşı oyunçu Fəhmin Muradbəyli olub.

Məşqçilərin və əsas heyətin oyunçularının rəyinə əsasən isə, mövsümün ən yaxşı futbolçusu moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk seçilib. Hər iki qalib klub tərəfindən mükafatlandırılıb.

F.Muradbəyli "Neftçi"dən, Y.Koçuk isə "Jilina"dan (Slovakiya) qış fasiləsində icarəyə götürülmüşdü. Hər iki futbolçunun anlaşması başa çatıb.

Image may contain: 3 people, people smiling, people standing

Image may contain: 3 people, people smiling, people standing and indoor

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...