Karlo Ançelotti "Napoli"nin sükanı arxasına keçir?

Karlo Ançelotti karyerasını İtaliyada davam etdirəcək. Bu barədə nüfuzlu “Corriere dello Sport” nəşri yazıb. Xəbərdə deyilir ki, italiyalı mütəxəssis “Napoli” ilə müqavilə bağlayacaq. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi bildirilir.
"Napoli"nin hazırkı baş məşqçisi Maurisio Sarrinin isə komandadan ayrılacağı dəqiqləşib. Qeyd edək ki, Ançelottinin son iş yeri “Bavariya” olub.

Bütün xəbərlər Facebook səhifəmizdə