Antonio Konte "Çelsi" qalmaq istəyir

"Çelsi"nin baş məşqçisi Antonio Konte London klubunu tərk etmək niyyətində deyil. Bu barədə nüfuzlu "The Telegraph" nəşri yazır. Xəbərdə deyilir ki, italiyalı mütəxxəsis İngiltərə təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozmaq istəmir.

Qeyd edək ki, A.Kontenin "Çelsi" ilə müqaviləsi gələn ilin iyununda başa çatır. London klubu onu istefaya göndərəcəyi təqdirdə, 9 milyon funt sterlinq təzminat ödəyəcək. Əlavə edək ki, "Çelsi"nin yaxın günlərdə baş məşqçisi ilə bağlı yekun qərar verəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə