2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatını təşkil emək üçün namizədliyini birgə irəli sürmüş ABŞ, Kanada və Meksika futbol federasiyalarının tender qrupundan ibarət nümayəndə heyəti Bakıya səfər edib. SİA-nın məlumatına görə, AFFA-nın inzibati binasında assosiasiya prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşən tender qrupunun üzvləri dünya çempionatının ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

Qeyd edək ki, DÇ-2026-nın təşkili üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə